...

Azərbaycan Prezidenti 2012-ci il dövlət büdcəsini təsdiq edib (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2011 18:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb.
Azərbaycan Prezidenti 2012-ci il dövlət büdcəsini təsdiq edib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:19-da yayılıb)

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Maliyyə Nazirliyinin məlumatında deyilir.

Təsdiq edilmiş büdcəyə əsasən, gəlirlər 16,438 milyard manat, xərclər hissəsi isə 17,072 milyard manat həcmində proqnozlaşdırılır.

Vergilər Nazirliyi üzrə daxilolmalar 5 311,6 milyon manat, o cümlədən PSA tipli neft-qaz sazişləri çərçivəsində işləyən podradçı şirkətlərin əlavə dəyər vergisi üzrə ödənişlər 810 milyon manat, ARDNŞ üzrə birləşdirilmiş vergilər və digər ödənişlər (mənfəət vergisi istisna olmaqla) 1 321,6 milyon manat, qeyri-neft sektorundan vergi və qeyri-vergi ödənişləri 3 180 milyon manat səviyyəsində müəyyənləşdirilib.

Dövlət Gömrük Komitəsi üçün proqnoz 1,2 milyard manat həcmində müəyyənləşdirilib.

Dövlət xidməti üçün ümumi xərclər 1202,5 milyon manat, müdafiəyə 1 381,4 milyon manat, məhkəmə, hüquq-mühafizə orqanları və prokurorluqlara 945,1 milyon manat, təhsilə 1 582,9 milyon manat, səhiyyəyə 658,7 milyon manat, sosial müdafiə və sosial təminata 1 785,8 milyon manat, mədəniyyət və incəsənətə 254,8 milyon manat, kommunal və mənzil təsərrüfatına 344,4 milyon manat, kənd təsərrüfatı, balıqçılıq, meşə təsərrüfatı, ovçuluq təsərrüfatı və ətraf mühitin mühafizəsinə 472,7 milyon manat, sənaye və tikinti sektoru, eləcə də faydalı qazıntılara 5794,1 milyon manat, nəqliyyat və rabitəyə 87,91 milyon manat, iqtisadi fəaliyyətə 185,9 milyon manat proqnozlaşdırılır.

Büdcə kəsiri 634 milyon manat səviyyəsində proqnozlaşdırılır ki, bu da gələn il üçün proqnozlaşdırılan ÜDM-in 1,5 faizini təşkil edir.

Ümumi büdcənin kəsirinin yuxarı həddi 1,893 milyard manat təşkil edəcək.

Dekabrın 20-nə olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti