...

"Flydubai" aviaşirkəti Səudiyyə Ərəbistanına reysləri artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2012 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.İsmayılov/

Fevralın 1-dən etibarən Dubayın "Flydubai" şirkəti Taif şəhərinə aviareysin həyata keçirilməsinə başlayır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi aviaşirkətin yaydığı məlumatda deyilir.

Taif "Flydubai" aviaşirkətinin Səudiyyə Ərəbistanı istiqamətində yeddinci marşrutu elan edilib. Bununla belə, aviaşirkət Fars körfəzi, Yaxın Şərq, Afrika, Hindistan, Asiya, Mərkəzi və Şərqi Avropanı əhatə edən hava şəbəkəsini genişləndirir.

Dubay-Taif marşrutu üzrə biletin qiyməti 158 dollar təşkil edir.

"Flydubai" aviaşirkətinə daim dəstək göstərdiyinə görə Səudiyyə Ərəbistanı hökumətinə dərin minnətdarlığımı bildirirəm. Taif Səudiyyə Ərəbistanına sayca yeddinci istiqamətimiz oldu. Yeni hava yolunun açılışı Səudiyyə Ərəbistanı üzrə marşrut şəbəkəmizin genişləndirilməsi strategiyasının tərkib hissəsidir", - aviaşirkətin baş meneceri Qeyt əl-Qeyt deyib.

"Flydubai", həmçinin Səudiyyə Ərəbistanı istiqaməti üzrə marşrut şəbəkəsinin genişləndirilməsini vacib sayır. Buna görə də şirkət ər-Riyad və Dəmmam şəhərlərinə gündəlik uçuşların sayını ikiqat artırıb.

"Ər-Riyad və Dəmmam şəhərlərinə əlavə reyslərin açılması ticarət və kommersiya əlaqələrinin artırıması ilə bağlıdır. Əlavə reyslər əlaqələrin daha da möhkəmləndirilməsinə imkan yaradacaq", - Qeyt əl-Qeyt bildirib.

Taif şəhərinə uçuşların başlaması ilə "Flydubai" ümumilikdə Səudiyyə Ərəbistanı istiqamətində həftə ərzində reyslərin sayını 55-ə çatdıracaq.

Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşları yerinə yetirməyə başlayıb. Hazırda aviaşirkət marşrut şəbəkəsini 46 istiqamətə kimi (Fars körfəzi, Yaxın Şərq, Şimali Afrika, Hindistan, Kiçik Asiya və Avropanın bir hissəsi daxil olmaqla) genişləndirib. Bu ərazilər üzərində aviaşirkətin 21 təyyarəsi hava nəqliyyatı xidməti göstərir. Bununla da şirkətin sahibləri Dubayın digər ölkələrlə turizm və kommersiya əlaqələrinin inkişafına kömək edir.

Xəbər lenti

Xəbər lenti