...

Gəncə-Bakı marşrutu üzrə təyyarə gecikir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2012 17:49 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC-nin Gəncə-Bakı marşrutu üzrə həyata keçirdiyi aviareys paytaxta gecikmə ilə eniş edəcək.
Gəncə-Bakı marşrutu üzrə təyyarə gecikir

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC-nin Gəncə-Bakı marşrutu üzrə həyata keçirdiyi aviareys paytaxta gecikmə ilə eniş edəcək. Bu barədə çərşənbə günü Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat veriblər.

Məlumata əsasən, təyyarənin Gəncədən gəlişinin yubanmasına səbəb onun Bakıdan gec uçmasıdır.

"Təyyarə artıq Gəncədən uçmalıdır", - aeroportdan deyiblər.

Gəncədən Bakıya uçuş müddəti 1 saatdır.

Aeroportdan təyyarənin Bakıdan gec uçuşunun səbəblərini açıqlamayıblar.

Bakı-Gəncə və ya Gəncə-Bakı aviareysinin bir tərəfə biletinin qiyməti 40 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti