...

Bakı-Naxçıvan aviareysi təxirə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2012 11:50 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC-nin reallaşdırdığı və Bakıdan saat 23:55-də uçmalı olan Bakı-Naxçıvan aviareysi təxirə salınıb.
Bakı-Naxçıvan aviareysi təxirə salınıb

Azərbaycan, Bakı, 30 yanvar / Trend müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC-nin reallaşdırdığı və Bakıdan saat 23:55-də uçmalı olan Bakı-Naxçıvan aviareysi təxirə salınıb. Bu barədə bazar ertəsi Trend-ə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

"Bakı-Naxçıvan marşrutu üzrə J2 257 gecə aviareysi təxirə salınıb", - aeroportdan bildiriblər.

Aviareysin təxirə salınmasının səbəbləri göstərilməyib. Reys A320-200 markalı təyyarə ilə həyata keçirilməli idi.

Xəbər lenti

Xəbər lenti