...

"Fitch" Azərbaycanın iri bankının yenidən kapitallaşmasını sürətləndirməyi tövsiyə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2012 18:27 (UTC +04:00)
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi qeyd edir ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) yenidən kapitallaşmasının yubanması bankın reytinqlərinə təzyiq göstərməyə davam edir və gələcəkdə reytinqlərin aşağı salınması riskini gücləndirir.
"Fitch" Azərbaycanın iri bankının yenidən kapitallaşmasını sürətləndirməyi tövsiyə edir

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir N.İsmayılova/

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi qeyd edir ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) yenidən kapitallaşmasının yubanması bankın reytinqlərinə təzyiq göstərməyə davam edir və gələcəkdə reytinqlərin aşağı salınması riskini gücləndirir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi agentliyin yaydığı məlumatda deyilir.

"Bankın defolt emitentinin "BB+" uzunmüddətli reytinqi hazırda Rating Watch-un "Neqativ" siyahısında müşahidə altındadır ki, bu da reytinqin aşağı salınması potensialını əks etdirir", - məlumatda qeyd olunur.

ABB-nin menecmenti "Fitch"i məlumatlandırıb ki, bankın yenidən kapitallaşması planı təsdiq ediləcək və yaxın bir neçə həftə ərzində həyata keçiriləcək.

"Fitch"in məlumatına görə, bu plan əvvəlkilər kimi, yeni kapitalın əsasən subordinasiya edilmiş borc şəklində ödənişini nəzərdə tutur, halbuki ABB-nin öz kapitalına ödəniş də mümkün variant olaraq qalır və dövlətin bankda payının müvəqqəti artımına gətirib çıxara bilər.

Öz əsas ssenarisinə əsasən "Fitch" yenə də hesab edir ki, ABB yekunda ödənişlərin aparılması üzrə öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycan hökumətindən kifayət qədər dəstək alacaq və bankın defolt emitentinin reytinqi mövcud gözləntiləri əks etdirməyə davam edir. Əgər hökumət bankın planlaşdırılan yenidən kapitallaşmasını başa çatdırarsa, ABB-nin reytinqləri mövcu səviyyələrdə təsdiq edilə bilər.

Eyni zamanda, bu planların həyata keçirilməsi ilə bağlı yubanmaların davam etməsi, xüsusilə, əgər onlar borc üzrə ödənişlərin sürətlənməsinə gətirib çıxararsa, reytinqlərin aşağı salınmasını şərtləndirəcək.

Hazırda ABB-nin aşağıdakı reytinqləri var:

Rating Watch-un "Neqativ" siyahısında defolt emitentinin xarici valyutada "BB+" uzunmüddətli reytinqi

Rating Watch-un "Neqativ" siyahısında defolt emitentinin xarici valyutada "B" qısamüddətli reytinqi

Rating Watch-un "Neqativ" siyahısında "cc" sabit reytinqi

Rating Watch-un "Neqativ" siyahısında "3" dəstək reytinqi

Rating Watch-un "Neqativ" siyahısında defolt emitentinin uzunmüddətli "BB+" reytinqinin dəstək səviyyəsi

Xəbər lenti

Xəbər lenti