...

Aberdin-Bakı aviareysi Gəncədən Bakıya uçub

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2012 13:08 (UTC +04:00)
Bakıdakı pis hava şəraiti ilə əlaqədar Gəncə aeroportunda yerə enən Aberdin-Bakı marşrutu üzrə hərəkət edən təyyarə paytaxta gəlib.
Aberdin-Bakı aviareysi Gəncədən Bakıya uçub

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir E.İsmayılov/

Bakıdakı pis hava şəraiti ilə əlaqədar Gəncə aeroportunda yerə enən Aberdin-Bakı marşrutu üzrə hərəkət edən təyyarə paytaxta gəlib. Bu barədə cümə günü Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.

Onun sözlərinə görə, təyyarə gecə Bakıda yerə enməli idi, lakin əlverişsiz hava şəraiti ilə əlaqədar aeroport təyyarəni qəbul edə bilməyib və ona görə də Gəncədə yerə enib.

"Əvvəlcə hava şəraiti onu qəbul etməyə imkan vermədi və təyyarəni Gəncə aeroportu qəbul etdi. Lakin Aberdinə uçan hava gəmisi artıq Bakıda yerə enib", - Səfərli qeyd edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti