...

flydubai aviaşirkəti Tayif şəhərinə uçuşlara başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2012 15:32 (UTC +04:00)
Dubayın qənaətcil flydubai aviaşirkəti Səudiyyə Ərəbistanının Hicaz əyalətində yerləşən Tayif şəhərinə uçuşlara başlayıb. Bu, Səudiyyə Krallığı istiqamətində aviaşirkətin sayca yeddinci marşrutudur.
flydubai aviaşirkəti Tayif şəhərinə uçuşlara başlayıb

Azərbaycan, Bakı, 3 fevral / Trend müxbir E.İsmayılov/

Dubayın qənaətcil flydubai aviaşirkəti Səudiyyə Ərəbistanının Hicaz əyalətində yerləşən Tayif şəhərinə uçuşlara başlayıb. Bu, Səudiyyə Krallığı istiqamətində aviaşirkətin sayca yeddinci marşrutudur. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir. İlk aviareys fevralın 1-də baş tutub.

Hadisəni şərh edən flydubai aviaşirkətinin Baş Direktoru Qeyt Əl Qeyt deyir: "Birləşmiş Ərəb Əmirlikləri son il ərzində Səudiyyə Ərəbistanı ilə ticarət əlaqələrini, xüsusən qeyri-neft sektorunda fəal şəkildə genişləndirib. Mühüm əhəmiyyət kəsb edən işgüzar və kurort istiqamətlərini əhatə etməklə, flydubai iki ölkə arasında olan əlaqələrin möhkəmlənməsinə dəstək verir. Yeni marşrutların açılmasında bizə yardım göstərən Səudiyyə Ərəbistanı hökümətinə minnətdarlığımı bildirirəm".

Tayif şəhərinə səfər etmək hətta yay aylarında da dəyərlidir. Hər il Səudiyyə Ərəbistanı hökuməti, yüksək hərarət ucbatından müvəqqəti olaraq Ər-Riyaddan Tayifə köçürülür. Tayif şəhəri Məkkədən təxminən 100 km aralıda yerləşərək, Həcc yolunda olan zəvvarlara müqəddəs şəhərə alternativ marşrut kimi qiymətləndirilir.

Dubay-Tayif reysinə biletin qiyməti - 166 ABŞ dolları təşkil edir. Biletin qiymətinə bütün vergilər və çəkisi 7 kiloya qədər olan əl yükü və noutbuk üçün kiçik çanta daxildir. Sərnişin məhz ona lazım olan xidmətlərdən istifadə edir. Misal üçün, çəkisi 20 kiloya qədər olan baqaj yükünün qiyməti 14 ABŞ dollarından başlayır, ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 28 ABŞ dolları ödəmək lazımdır.

Dubayın birinci büdcə aviaşirkəti flydubai Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Hazırda aviaşirkət marşrut şəbəkəsini 46 istiqamətə kimi (Fars körfəzi, Yaxın Şərq, Şimali Afrika, Hindistan, Kiçik Asiya və Avropanın bir hissəsi daxil olmaqla) genişləndirib. Bu ərazilər üzərində aviaşirkətin 20 təyyarəsi hava nəqliyyatı xidməti göstərir. Dubay höküməti tərəfindən təsis edilən aviaşirkət, uçuşları daha sadə,rahat və əlverişli qiymətlərlə həyata keçirtməyə çalışıraraq, Dubaya turist axınını artırmağa kömək edir.

Xəbər lenti

Xəbər lenti