Azərbaycan, Bakı, 7 fevral /Trend müxbir E. İsmayılov/
Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" SC ölkənin yollarında avtomobillərin normal hərəkətini təmin etmək üçün bütün mövcud ehtiyatları işə salmağa hazırdır. Bu barədə çərşənbə axşamı Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, xüsusi texnika və işçilər qarın yağması və yolların buz bağlaması ilə əlaqədar artıq respublikanın yollarında işləyir.
SC yollarda iş üçün 1000 ədəd texnikanı işə salmağa hazırdır. Həmçinin, təxminən 40 min kubmetr həcmində qum ehiyatı var.
"Hava şəraitinin pisləşməsi barədə proqnozlar nəzərə alınaraq duz ehtiyatı artırılıb" , - Mürsəliyev qeyd edib.