...

Azərbaycan Mərkəzi Bankı vergilərin elektron ödənişi üçün portal yaradır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2012 18:16 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) "Komis" (kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi) platforması bazasında vergilərin və dövlət rüsumlarının ödənişini həyata keçirmək üçün portalın yaradılması üzrə işlər aparır.
Azərbaycan Mərkəzi Bankı vergilərin elektron ödənişi üçün portal yaradır

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) "Komis" (kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi) platforması bazasında vergilərin və dövlət rüsumlarının ödənişini həyata keçirmək üçün portalın yaradılması üzrə işlər aparır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" forumunda çıxış edən AMB-nin Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova bildirib.

"Bu istiqamətdə ilk təşəbbüs Vergilər Nazirliyi tərəfindən göstərilib və hazırda məlumat sisteminə 20 min vergi ödəyicisi haqqında yükləməni nəzərdə tutan birinci mərhələ başa çatıb", - Qurbanova vurğulayıb.

Onun sözlərinə görə, bu ayın sonunadək 90 ödəniş növü üzrə "Komis" sistemindən istifadə etməklə ödənişlərin həyata keçirilməsi üçün imkan yaradılacaq.

2011-ci ilin sonuna olan məlumata görə, AZIPS (iri ödənişlər üzrə milli banklararası sistem) vasitəsilə 99 milyard manat, XONKS (kiçik ödənişlərin klirinq sistemi) ilə 8,6 milyard manat, "Komis" sistemi vasitəsilə isə 20 milyon ödəniş həyata keçirilib.

AMB KOMIS sisteminin sahibi və operatorudur.

Fevralın 9-na olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti