Azərbaycan, Bakı, 10 fevral / Trend müxbir E.İsmayılov/
Heydər Əliyev Beynəlxalq Aeroportu normal rejimdə işləyir. Bu barədə cümə günü Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.
"Beynəlxalq Aeroport normal rejimdə çalışır. Təyyarələrin qəbulunda və yola salınmasında problem yoxdur", - Səfərli qeyd edib.
Habelə, onun sözlərinə görə, səhərdən İstanbul, Moskva, Paris, Milan aviareysləri yola salınıb və hazırda Naxçıvana aviareys uçuşa hazırlaşır.
Bir həftədən çoxdur ki, Azərbaycan ərazisində bu gün də saxlanan kəskin hava şəraiti müşahidə olunur.