...

"ASB Bank" nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2012 20:30 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "ASB Bank" ASC-nin (Azərbaycan Sənaye Bankı) 4 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospekti qeydiyyata alınıb.
"ASB Bank" nizamnamə kapitalını artırır

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir N.İsmayılova/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "ASB Bank" ASC-nin (Azərbaycan Sənaye Bankı) 4 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospekti qeydiyyata alınıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı QKDK-nin məlumatında deyilir.

Emissiya çərçivəsində hər birinin nominal qiyməti 0,2 manat olan 20 milyon səhm buraxılıb.

"ASB Bank" 1996-cı ildə yaradılıb və 8 filialı var.

Fevralın 21-nə olan rəsmi məzənnə 0,7862 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti