...

Azərbaycan Vergilər Nazirliyi yeni xidmətin tətbiqi üzrə mobil operatorlarla danışıqlar aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2012 16:01 (UTC +04:00)
Vergilər Nazirliyi vergilərin mobil rabitə vasitəsilə ödənişinin tətbiqi üzrə mobil rabitə operatorları ilə danışıqlar aparır.
Azərbaycan Vergilər Nazirliyi yeni xidmətin tətbiqi üzrə mobil operatorlarla danışıqlar aparır

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycan Vergilər Nazirliyi vergilərin mobil rabitə vasitəsilə ödənişinin tətbiqi üzrə mobil rabitə operatorları ilə danışıqlar aparır.

Trend-in məlumatına görə, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov "Şəffaflıq və müasir texnologiyaların tətbiqi səmərəli vergi inzibatçılığının əsasıdır" mövzusunda cümə axşamı keçirilən ictimai müzakirələr zamanı bildirib.

"Artıq bu xidmətin tətbiqi ilə bağlı tərəfdaşlarla razılıq əldə edilib. Biz öz tərəfimizdən buna tam hazırıq", - Ələkbərov vurğulayıb.

Onun sözlərinə görə, nazirlik yaxın müddətdə vergilərin və dövlət rüsumlarının ödənişini internet vasitəsilə qəbul etməyi planlaşdırır.

"Biz bu xidməti 1-2 ay ərzində göstərməyə başlayacağıq", - Ələkbərov deyib.

Nazir müavininin sözlərinə görə, nağdsız ödənişlərin stimullaşdırılması Vergilər Nazirliyinin 2012-ci ildə əsas vəzifələrindən biridir.

Xəbər lenti

Xəbər lenti