Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir A.Axundova/
Bakı Fond Birjasında cümə axşamı ölkənin Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondunun (AİF) 20 milyon manatlıq emissiyadan 3 milyon manat həcmində faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının sonuncu hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı AİF-in yaydığı məlumatda deyilir.
İstiqrazlar hərraca cari qiymətlər üzrə təqdim edilib.
"Hərracda nominal üzrə 36,497 milyon manat məbləğində sifarişlər təqdim edən 3 investor iştirak edib ki, bu da hərraca təklif edilən həcmi (3 milyon) dəfələrlə üstələyib. Nəticədə hərraca təqdim edilən həcm tam yerləşdirilib", - AİF-dən bildiriblər.