...

Bakı Metropoliteni mərkəzi stansiyalardan birinin girişini bağlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2012 18:23 (UTC +04:00)
May ayında Bakı Metropoliteni "28 May" stansiyasının əsas girişinin yenidən qurulması və modernləşdirilməsi üzrə işlərə başlaya bilər.
Bakı Metropoliteni mərkəzi stansiyalardan birinin girişini bağlayacaq

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir E.İsmayılov/

May ayında Bakı Metropoliteni "28 May" stansiyasının əsas girişinin yenidən qurulması və modernləşdirilməsi üzrə işlərə başlaya bilər. Bu barədə cümə axşamı Trend-ə metropolitendəki mənbə bildirib.

Onun sözlərinə görə, yenidənqurma işləri stansiyanın girşini, vestibülünü və eskalatorları əhatə edəcək.

"28 May" mərkəzi stansiyalardan biridir və buna görə də stansiyanın modernləşdirilməsi haqqında qərar qəbul edilib", - mənbə vurğulayıb.

O bildirib ki, hazırda stansiyanın modernləşdirilməsi layihəsi üzərində iş aparılır, layihənin təsdiqindən sonra işlər başlayacaq.

"Biz işlərə artıq mayda başlamağı planlaşdırırıq", - mənbə deyib.

Hazırda stansiyanın eskalatoru eniş və qalxma üçün üç zolaqdan ibarətdir, eskalatorun dəyişdirilməsi üzrə işlərdən sonra zolaqların sayının dördə çatdırılması planlaşdırılır.

İşlərin yekunlaşması müddətinə toxunan mənbə bildirib ki, bu barədə dəqiq məlumat vermək çətindir, çünki layihə tam hazır deyil, lakin bütün nəzərdə tutulan tədbirlərin keçirilməsi az vaxt tələb etmir.

Stansiyanın əsas girişinin istimara verilməsinə qədər sərnişinlər ikinci girişdən, habelə "Cəfər Cabbarlı" stansiyasının "28 May" ilə yanaşı girişindən istifadə edəcəklər.

Xəbər lenti

Xəbər lenti