...

Azərbaycan yayadək məişət tullantılarının idarə edilməsi üzrə milli strategiyanın istiqamətlərini müəyyənləşdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2012 13:31 (UTC +04:00)
Yaya qədər Azərbaycanda məişət tullantılarının idarə edilməsi üzrə milli strategiyanın əsas istiqamətləri müəyyənləşəcək.
Azərbaycan yayadək məişət tullantılarının idarə edilməsi üzrə milli strategiyanın istiqamətlərini müəyyənləşdirəcək

Azərbaycan, Bakı, 15 mart/Trend müxbir A. Axundov/

Yaya qədər Azərbaycanda məişət tullantılarının idarə edilməsi üzrə milli strategiyanın əsas istiqamətləri müəyyənləşəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Sahil Babayev bildirib.

Bu gün Azərbaycanın 3 şəhər və 3 rayonunda məişət tullantılarının idarə edilməsi üzrə vəziyyətin araşdırılmasının ilkin yekunları təqdim edilib. Araşdırmanı Danimarkanın COWI şirkəti aparıb.

Babayevin sözlərinə görə, iyun-iyul aylarınadək bu araşdırmaların nəticələri əsasında sənəd hazırlanacaq. Sənəd bərk məişət tullantılarının idarə edilməsi üzrə milli strategiyanın istiqamətlərini müəyyənləşdirəcək.

"İstiqamətlər müəyyənləşdirildikdən sonra hökumət strategiyanın hazırlanmasına başlayacaq", - Babayev qeyd edib.

Onun sözlərinə görə, strategiyanın hazırlanması zamanı bu sahəyə vahid yanaşma təmin ediləcək. Burada Azərbaycanda mövcud sahədə artıq işləyən beynəlxalq strukturların (Almaniya İnkişaf Bankı KfW, Dünya Bankı, Avropa İttifaqı) təcrübəsindən istifadə ediləcək.

"Cari ildə və 2013-cü ildə bu sahədə yeni layihə imkanları haqqında beynəlxalq maliyyə institutları ilə müzakirə davam etdiriləcək" , - Babayev deyib.

Xəbər lenti

Xəbər lenti