...

Şəhəri canlandıran yeni Nissan Juke (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2012 13:00 (UTC +04:00)
Şəhəri canlandıran yeni Nissan Juke (FOTO)
Şəhəri canlandıran yeni Nissan Juke (FOTO)

Qashqai və Murano modellərinin "kiçik qardaşı" olan Nissan Juke, onların əlverişliliyi və etibarlılığını özündə birləşdirərək, özünəməxsus uslubu ilə fərqlənən şəhər krossoveridir. Ciddi və eyni zamanda cəsarətli krossover Nissan Juke qeyri-adi görünüşə və idman üslubuna xas xarakterə sahibdir. Nissan Juke, açıq və yaradıcı düşüncəyə malik, dünyaya qeyri-adı baxışla yanaşan gənclərin üstünlük verdiyi sərbəst, stereotiplərdən azad fəlsəfəni özündə əks etdirir. Küçələrin adətkar görkəminə parlaq rənglər qatmaq üçün artıq şəhərə daxil olan Nissan Juke modelinin güclü enerjisini hiss edin! Belə ki, Nissan Juke modeli artıq Nissan Avtosalonlarında satışa təqdim olunmuşdur və hamı tərəfindən arzuolunan avtomobilin ilk alıcısı Tapdıqova Afaq xanımdır.

Nissan Juke modelinin əsas üstünlükləri - Təhrikedici Nissan Juke Nissan model sırasının heç bir üzvünə bənzəmir. O, yığcamlıq və həcm, etibarlılıq və dinamika, funksionallıq və cəldlik kimi zahirən ziddiyyət təşkil edən keyfiyyətləri özündə birləşdirir.

Təəccübləndirmək onun şüarıdır! Yeni Nissan Juke modelinin dizaynı o qədər orijinaldır ki, onu nəqliyyat axınında sezməmək mümkün deyil! O özünün parlaq, ciddi və eyni zamanda cəsarətli görünüşü ilə ilk baxışdan insanı heyran edir. Dynamic Control sistemi sayəsində Nissan Juke sürücüyə, avtomobilin əsas funksiyalasına nəzarət, hərəkət rejimini və dinamikasını dəyişmək, istilik və ventilyasiya sisteminin işini yönləndirmə imkanlarını yaradır.

İnteryer və Eksteyer

Nissan Juke əsl dizayn sıçrayışıdır. Avtomobilin qeyri-adi interyer və eksteryeri analoqu olmayan yeni şəhər krossoverinin əsas üstünlüklərindən biridir. Nissan Juke əsl idman üslubu xaraketirinə sahibdir və ilk baxışda krossoverdən daha çox sürətli şəhər avtomobilini xatırladır. Ön tərəfdə üçsıralı optikası sayəsində Juke bütün Nissan avtomobillərindən fərqlənir. Kuzovun yuxarı hissəsi, daha dəqiq - yüksək orta xətti, dar yan şüşələr və maili dam hissə dizayn baxımdan idman avtomobilini xatırladır. Arxa fənərlərin quruluşu isə tam olaraq Nissan 370Z modelinin təkrarlayır ki, bu da Juke modelinə sürət elementi qatır.

Avtomobilin eksteryeri dizaynı ilə tam ahəng təşkil edir. Belə ki, dəbli salon elementlərindən olan boz və ya qırmızı rənglə boyanmış mərkəzi konsol, qapı paneli və oturacaqlarda olan kontrast işləmələr - Sizə, Nissan Juke avtomobilinin sükanı arxasında oturmaqdan zövq almağa imkan verəcəkdir. Nissan Juke modeli 5 yerlidir.

Təhlükəsizlik

Nissan Juke modelinin təhlükəsizlik sistemi Euro NCAP təhlükəsizlik reytinqinə görə 5 ulduz mükafatına layiq görülmüşdür. Bunun əyani sübütu olaraq, böyüklər üçün 87 bal, kiçik sərnişinlər üçün isə 81 bal qiymətində müdafiəni təmin etməsini qeyd etmək olar. Həmçinin avtomobilin sınaq testində ön zərbə zamanı kuzov hissənin bütövlüyünün qorunması Nissan Juke modeline daha da yüksək bal qazandırdı.

Modelin salon hissəsinin müdafiəsini təmin edən elementlərdən biri də təhlükəszilik kəmərləridir. Avtomobil yük məhdudiyyəti yaradan və gərilən, həmçinin çiyin hissənin hündürlüyünə görə tənzimlənən ön təhlükəsizlik kəmərləri ilə, həmçinin təchiz edilmişdir.

Ətraflı məlumatı Nissan salonlarından və www.nissan.az saytından, həmçinin www.facebook.com/NissanAzerbaijan səhifəsindən əldə edə bilərsiniz.

Nissan Juke - Şəhəri Canlandır!

"Nurgün Motors" şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət, Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzadə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə (Gəncə-Şəmkir şossesi 1-ci km), Şəki (M.Ə.Rəsulzadə küç.2) və Lənkəran (Ləvəngi dairəsi) şəhərlərində salonları fəaliyyət göstərir. "Nurgün Motors"un salonlarından alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. "Nurgün Motors" 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

"Nurgün Motors" müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülmüşdür.

Xəbər lenti

Xəbər lenti