Azərbaycan, Bakı, 15 mart /Trend/
Novruz bayramı ilə əlaqədar Azərbaycan bankı "Bank of Baku" "Bolkart" istifadəçiləri üçün nağd pul kampaniyasına başlayır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı bankın yaydığı məlumatda deyilir.
Martın 15-dən 26-dək pul çıxaran kart sahibləri mayın 10-dək borclarını faizsiz ödəmək imkanı qazanırlar. Nağdlaşdırmanın komisyon haqqı 2,5 faizdir.
"Bolkart" tamamilə pulsuz, bərpa olunan limitli və faydalı kredit kartıdır. "Bolkart"dan "Bank of Baku" ilə partnyor olan tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, habelə restoran, supermarket və digər ticarət obyektlərində istifadə etmək olar. Kartla alınan mal və ya xidmətlərin dəyərini bölüb aylar ərzində ödəmək mümkündür. "Bolkart"ı həm onlayn rejimdə - http://www.bolkart.az, həm də "Bank of Baku"nun istənilən filialına baş çəkməklə sifariş etmək olar.
Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün "Bank of Baku"nun 145 nömrəli məlumat mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.