...

"Bank of Baku" Bolkart lotereyasının ilk qalibini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2012 16:14 (UTC +04:00)
Aprelin 2-də "Space" telekanalının canlı yayımında Bolkart müştəriləri üçün ilk stimullaşdırıcı tirajlı lotereyanın uduşu keçirilib.
"Bank of Baku" Bolkart lotereyasının ilk qalibini elan edib

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Aprelin 2-də "Space" telekanalının canlı yayımında Bolkart müştəriləri üçün ilk stimullaşdırıcı tirajlı lotereyanın uduşu keçirilib.

Trend-in məlumatına görə, Bank of Baku-nun təşəbbüsü ilə baş tutan lotereyada 1 iştirakçı 1000 manat, 5 iştirakçı 500 manat, 15 iştirakçı isə 100 manat udub. İlk tirajın uduş fondunun ümumi məbləği 5 000 manat təşkil edib. Uduş tərəfdaş şirkətlərin və media nümayəndələrinin təmsil olunduğu komissiyanın müşahidəsi altında keçirilib. Bolkart üzərində təsbit edilmiş rəqəmli kombinasiyanın son 8 rəqəmi iştirakçının eyniləşdirmə kodu qismində çıxış edib. Lotereyaya qatılan hər bir şəxsin kodu isə elektron bazadan xüsusi proqram vasitəsilə təsadüfi seçim əsnasında müəyyən edilib.

Bolkart lotereyasının növbəti uduşu 2 may 2012-ci il tarixində keçiriləcək. 1-30 aprel tarixləri arasında azı 50 manat məbləğində alış-veriş etmiş Bolkart sahibləri lotereyaya qatılmaq hüququ əldə edəcəklər.

Lotereyanın şərtləri ilə daha ətraflı tanış olmaq üçün Bank of Baku-nun 145 nömrəli Məlumat Mərkəzinə zəng etmək olar. Bolkart sahibləri habelə onlayn rejimdə www.bolkart.az və ya sosial şəbəkə səhifəsi - www.facebook.com/Bolkart vasitəsilə məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti