...

"Azərbaycan Hava Yolları" Türkiyəyə mövsümi biletlərin qiymətini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2012 17:12 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC Türkiyənin bir sıra kurort şəhərləri istiqamətində mövsümi reysləri bərpa edir. Bu barədə çərşənbə günü Trend-ə QSC-dən məlumat veriblər.
"Azərbaycan Hava Yolları" Türkiyəyə mövsümi biletlərin qiymətini açıqlayıb

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC Türkiyənin bir sıra kurort şəhərləri istiqamətində mövsümi reysləri bərpa edir. Bu barədə çərşənbə günü Trend-ə QSC-dən məlumat veriblər.

QSC-dən xüsusən qeyd ediblər ki, "Azərbaycan Hava Yolları" mayın 27-dən sentyabrın 30-dək Bakı-Antalya-Bakı marşrutu üzrə birbaşa aviareyslər həyata keçirəcək. Təyyarə paytaxtdan hər gün (çərşənbə günündən başqa) yerli vaxtla saat 11:10-da uçacaq. Hər iki tərəfə aviabiletin minimum qiyməti 497 manatdır.

Həmçinin, iyunun 14-dən sentyabrın 13-dək Bakı-Bodrum-Bakı marşrutu üzrə gündəlik aviareyslər də bərpa ediləcək. Təyyarə Bakıdan saat 11:50-də uçacaq. Hər iki tərəfə biletin dəyəri 493 manat təşkil edir.

QSC iyunun 5-dən sentyabrın 8-dək Bakı-İzmir-Bakı marşrutu üzrə uçuşların reallaşdırılmasını da təmin edəcək. Təyyarə paytaxtdan Bakı vaxtı ilə saat 10:50-də uçacaq. Biletlərin minimum qiyməti 341 manatdır.

Xəbər lenti

Xəbər lenti