...

Almaniya İnkişaf Bankı Azərbaycanda maliyyə layihələrinin monitorinqini keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2012 18:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir Ə.Həsənov/

Almaniya İnkişaf Bankı KfW-nin missiyası Azərbaycanın maliyyə sektorunda layihələrin monitorinqi üçün aprelin sonunadək Bakıya gələcək. Bu barədə cümə axşamı Trend-ə KfW-nin Bakı ofisindən bildiriblər.

Missiyaya KfW-nin Azərbaycanda maliyyə layihələri üzrə yeni meneceri Kurt Ştrasser başçılıq edəcək.

"Səfər çərçivəsində kiçik və orta sahibkarlığın kreditləşdirilməsi, Azərbaycanda kənd yerlərinin aqrar maliyyələşdirilməsi layihəsinin ikinci fazasının maliyyələşdirilməsi və digər məqsədlər üçün üçüncü tranşın ayrılması haqqında müqavilənin bağlanması məsələləri müzakirə ediləcək", - KfW-nin ofisindən qeyd ediblər.

Bank Azərbaycanda kənd yerlərinin aqrar maliyyələşdirilməsi layihəsinin ikinci fazasının maliyyələşdirilməsinə üç milyon avro ayırmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti