...

Praqa-Bakı-Praqa aviareysi ləğv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2012 12:36 (UTC +04:00)
"Czech Airlines" aviaşirkətinin həyata keçirdiyi Praqa-Bakı-Praqa aviareysi ləğv edilib.
Praqa-Bakı-Praqa aviareysi ləğv edilib

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir E.İsmayılov/

"Czech Airlines" aviaşirkətinin həyata keçirdiyi Praqa-Bakı-Praqa aviareysi ləğv edilib. Bu barədə şənbə günü Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanında məlumat veriblər.

Aeroportdan resyin ləğvinin səbəblərini açıqlamayıblar. Təyyarə Praqadan Bakıya yerli vaxtla saat 04:05-də gəlməli, saat 04:55-də isə geri uçmalı idi.

Məlumata əsasən, növbəti reys çərşənbə axşamı həyata keçiriləcək. Təyyarə Bakıya yerli vaxtla saat 04:50-də gələcək, paytaxtdan isə saat 05:40-da uçacaq.

Xəbər lenti

Xəbər lenti