...

AİB Azərbaycanda yol şəbəkəsinin inkişafı üzrə ikinci multitranş paketini bəyənməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2012 18:11 (UTC +04:00)
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda yol şəbəkəsinin inkişafı (Second Road Network Development Program) üzrə ikinci multitranş paketini (Multitranche Financing Facility - MFF) bəyənməyi planlaşdırır.
AİB Azərbaycanda yol şəbəkəsinin inkişafı üzrə ikinci multitranş paketini bəyənməyi planlaşdırır

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir A.Axundov/

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda yol şəbəkəsinin inkişafı (Second Road Network Development Program) üzrə ikinci multitranş paketini (Multitranche Financing Facility - MFF) bəyənməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü bankın yaydığı məlumatda deyilir.

800 milyon dəyərində təsdiqlənmiş proqramlar 2012-ci il sentyabrın 28-nə planlaşdırılıb, iyunun 29-dan iyulun 13-dək təfərrüatların öyrənilməsi üzrə işlər aparılacaq.

MFF vəsaitləri hesabına "Cənub dəhlizi" çərçivəsində yeni Ələt-Masallı dördzolaqlı avtomobil magistralının tikintisi, "Şərq-Qərb" dəhlizi çərçivəsində Gəncəni Azərbaycan-Gürcüstan sərhədi ilə birləşdirən yolun dörd zolağadək genişləndirilməsi və digər işlərin maliyyələşdirilməsi planlaşdırılır.

"İnvestisiya proqramı "CAREC Corridor 2"-nin Azərbaycan seqmentinin yaxşılışdırılması sayəsində regional əməkdaşlığı və inteqrasiyanı genişləndirəcək", - AİB-in məlumatında deyilir. - Cənub və şərq-qərb istiqamətləri üzrə magistrallar Asiya yol şəbəkəsinin bir hissəsini formalaşdırır, habelə Asiya və Avropa arasında tranzit trafiki üçün vacib dəhliz olmaq baxımından potensiala malikdir. Proqramın uğurla həyata keçirilməsi regional trafik və ticarətin həcmini artıraraq Azərbaycanın qonşu ölkələrlə əlaqələrini möhkəmləndirəcək".

MFF-nin 100 milyon dollar dəyərində birinci tranşının bəyənilməsi 2012-ci il dekabrın 9-da gözlənilir.

Proqram çərçivəsində AİB Azərbaycana 225 min dollar həcmində texniki yardım göstərəcək, bu məbləğin verilməsini bəyənmək isə artıq aprelin 24-nə planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti