...

Azərbaycan və Türkiyənin gömrük strukturları mal dövriyyəsinin artımı üçün geniş imkanların olduğunu qeyd edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2012 12:01 (UTC +04:00)
Azərbaycan və Türkiyə iqtisadiyyatlarının dinamik artım sürəti ölkələr arasında mal dövriyyəsi həcmlərinin gələcək artımı üçün geniş imkanlar yaradır.
Azərbaycan və Türkiyənin gömrük strukturları mal dövriyyəsinin artımı üçün geniş imkanların olduğunu qeyd edirlər

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan və Türkiyə iqtisadiyyatlarının dinamik artım sürəti ölkələr arasında mal dövriyyəsi həcmlərinin gələcək artımı üçün geniş imkanlar yaradır. Bu barədə Türkiyənin Gömrük və Ticarət Nazirliyinin gömrük məsələləri üzrə müşaviri Ziya Altunyaldız Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə şənbə günü keçirilən görüşdə deyib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi DGK-nın məlumatında deyilir.

"Mal dövriyyəsinin nəzərəçarpacaq artımı sevindirici faktdır və bu gün onun gələcəkdə artırılması üçün geniş imkanlar var", - məlumatda deyilir.

DGK-nın məlumatına görə, birinci rübdə Azərbaycan və Türkiyə arasında mal dövriyyəsi 478,5 milyon dolları ötüb. Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 67 faizdən çox artıb.

Türkiyə Azərbaycanın iri xarici ticarət tərəfdaşalrından biridir. Belə ki, yanvar-martda Azərbaycan Türkiyədən daha çox məhsul idxal edib - 310,02 milyon dollarlıq (ölkənin bütün idxalının 15,09 faizi) və ixrac isə 168,53 milyon dollar həcmində olub (ixracın 2,89 faizi).

Aydın Əliyevin sözlərinə görə, iki gömrük strukturunun qarşılıqlı təcrübə mübadiləsi ümumi işin inkişafına böyük töhfə verir.
Əliyev görüş zamanı Azərbaycanın qaçaqmalıçılıqla, xüsusilə narkotiklərlə mübarizədə Türkiyənin təcrübəsinin tətbiqinin müsbət nəticələri haqqında danışıb.

Türkiyənin nümayəndə heyəti Bakıda keçirilən Ümundünya Gömrük Təşkilatının (ÜGT) Avropa regionunun gömrük xidmətləri rəhbərlərinin konfransında iştirak etmək üçün Azərbaycana səfər ediblər.

Xəbər lenti

Xəbər lenti