...

Vaşinqtonda Azərbaycan-Amerika hökumətlərarası komissiyasının iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2012 12:07 (UTC +04:00)
Aprelin 18-20-də Vaşinqtonda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ hökumətlərarası komissiyasının iclası keçiriləcək.
Vaşinqtonda Azərbaycan-Amerika hökumətlərarası komissiyasının iclası keçiriləcək

Azərbaycan, Bakı, 16 aprel / Trend, müxbir S.Ağayeva/

Aprelin 18-20-də Vaşinqtonda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ hökumətlərarası komissiyasının iclası keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanı iclasda maliyyə naziri Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək. O, Azərbaycan tərəfdən hökumətlərarası komissiyanın həmsədridir.

ABŞ tərəfdən hökumətlərarası komissiyaya ABŞ-ın iqtisadi inkişaf, energetika və ətraf mühit nazirinin müavini Robert Hormats rəhbərlik edir.

İclasda tərəflər hökumətlərarası əlaqələrin inkişaf və perspektivlərini müzakirə edəcəklər.

Azərbaycan 2011-ci ildə Birləşmiş Ştatlardan 328 milyon dollarlıq mal idxal edib ki, bu da 2010-cu illə müqayisədə təxminən 30 faiz (idxal 253 milyon dollar təşkil edib) çoxdur.

Azərbaycan hökuməti kənd təsərrüfatını, informasiya və kommunikasiya texnologiyalarını, nəqliyyat və turizmi iqtisadiyyatın priporitet istiqamətləri kimi müəyyən edib.

"ABŞ şirkətləri iqtisadiyyatın bu sektorlarının inkişafında əsas rol oynaya bilər", - Hormats bundan əvvəl deyib.

Xəbər lenti

Xəbər lenti