...

Azərbaycanda SWIFT istifadəçiləri milli qrupunun yeni rəhbəri seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2012 16:12 (UTC +04:00)
Azərbaycanda SWIFT istifadəçiləri milli qrupunun yeni rəhbəri seçilib.
Azərbaycanda SWIFT istifadəçiləri milli qrupunun yeni rəhbəri seçilib

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycanda SWIFT istifadəçiləri milli qrupunun yeni rəhbəri seçilib. Bu barədə Trend-ə ölkənin bank dairələrindən məlumat verilib.

Çərşənbə axşamı bankların nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə milli qrupun rəhbəri "Paşa Bank"ın idarə heyətinin üzvü və əməliyyat departamentinin direktoru Emil Hacıyev seçilib.

Bundan əvvəl həmin vəzifəni 2010-cu ildə vəfat etmiş "Azərikard" prosessinq mərkəzinin baş direktoru Elmar Sadıqov tutub. Sonralar bu səlahiyyətləri Azərbaycan Beynəlxalq Bankı müvəqqəti icra edib.

"Hacıyev uzun müddət Azərbaycan Mərkəzi Bankında SWIFT qrupuna rəhbərlik edib və bu sahədə böyük təcrübəyə malikdir", - mənbə bildirib.

SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication) - 1973-cü ildən maliyyə telekommunikasiyaları sahəsində çalışan beynəlxalq təşkilatdır.

Xəbər lenti

Xəbər lenti