...

İran Xəzər dənizindən Ramsar dolama magistral yolu layihəsini işə salır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2012 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend, müxbirlər E.Tariverdiyeva, Т.Cəfərov/

İran mürəkkəb yolayrıcı olan və Ramsar şəhərində nəqliyyatla bağlı problemin həlli üçün nəzərdə tutulan Ramsar dolama magistral yolunun tikintisi layihəsinin həyata keçirilməsinə başlayıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi IRINN xəbər verib.

Layihənin işə salınması mərasimində İranın müdafiə naziri Əhməd Vahidi və nəqliyyat naziri Əli Nikzad iştirak ediblər.

Dənizdə uzunluğu 10 kilometr və eni 46 metr olan baza konstruksiyasının tikintisini nəzərdə tutur. O, səkkiz zolaqlı avtomobil yolundan və iki dəmiryol xəttindən ibarət olacaq.
Layihənin üç il yarım ərzində başa çatdırılması planlaşdırılır. Tikinti işlərini Hatamul-Əl-Əvsiya həyata keçirir.

Layihənin dəyəri 1,1 milyard dollar (13 trilyon rial) dəyərində qiymətləndirilir.

Ramsar İranın Mazandaran vilayətində şəhərdir və şimaldan Xəzərlə həmsərhəddir. Ramsar dolama magistral yolu layihəsinə həm yeni yolun tikintisi, həm də turizm obyekti kimi baxılır.

Yol Xəzər dənizinin sahilləri kənarından keçən 700 kilometrlik şossenin bir hissəsidir.

Xəbər lenti

Xəbər lenti