...

Azərbaycanın "İSR" şirkətlər qrupu Türkiyədə daşınmaz əmlak almağa kömək edəcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2012 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend/

Türkiyədə öz evində yaşamağı ürəyindən keçirənlərə müjdə. Bu ölkədə əcnəbilərin mülk alması qanuniləşib, artıq sizin də Türkiyədə eviniz ola bilər. Özü də 5 ulduzlu! Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "İSR" şirkətlər qrupunun yaydığı məlumatda deyilir.

Bu barədə uzun fikirləşməyə də ehtiyac yoxur, çünki Azərbayacının "İSR" Şirkətlər Qrupu sizi çoxdan düşünüb. Qısa bir müddətdən sonra Türkiyənin Bodrum istirahət bölgəsində yerləşən "Hilton Bodrum" mehmanxanasının villalarına köçə bilərsiniz.

Belə ki, "İSR" Şirkətlər Qrupu özünəməxsus 5 ulduzlu "Hilton Bodrum Türkbükü Resort & Spa" mehmanxanasının möhtəşəm dəniz mənzərəli ərazisində tikəcəyi villaları digər ölkələrin vətəndaşları ilə bərabər Azərbaycan vətəndaşlarına da təklif edir.

Əgər Bodrumda öz evinizdə oturub tətil keçirmək istəyirsinizsə, sayı az olacaq villalardan birinə sahib ola bilərsiniz. Bənzərsiz təbii gözəlliyə malik olan Türkbükü körfəzində tikiləcək bu villalar ilk müraciət edənlərə satılacaq.

Bu villalar adi villa olmayacaq, Sizə "Hilton" mehmanxanasının 5 ulduz səviyyəsindəki rahatlığı vəd edir. Hər bir alıcının öz ehtiyaclarına görə layihələndiriləcək və lüks səviyyədə qurulacaq villaların gələcək sakinlərinə "Hilton Bodrum"un heyəti tərəfindən mehmanxananın müştərilərinə göstərilən bütün xidmətlər göstəriləcək. Həmçinin villalarda yaşayanlar, mehmanxananın bütün imkanlarından o cümlədən 2 km uzunluğu olan və dövrümüzün "Sen Trope"si kimi qəbul edilən, bənzərsiz çimərliyindən də pulsuz olaraq istifadə edə biləcəklər.

Tikiləcək villaların yerləşəcəyi əraziyə Bodrum Milas Hava Limanından 50 dəqiqəyə gəlmək mümkündür.

Siz bu villalara sahib omaqla, həm də dünya şöhrətli ulduzları yaxından görmək, onlarla görüşmək imkanı qazanacaqsınız. Burada restoranda, bağçada, küçədə tanınmış simalarla tez-tez rastlaşmaq adi bir haldır. Çünki "Hilton Bodrum Türkbükü Resort & Spa" mehmanxanası açıldığı gündən dünyanın və Türkiyənin tanınmış müğənnilərinin, mədəniyyət xadimlərinin tətillərini keçirdikləri yerlərdən olub.

"Hilton Bodrum Türkbükü Resort & Spa" mehmanxanasında ən yüksək keyfiyyətdə və fərdi şəkildə xidmət alaraq tətil keçirmək istəyən insanları qonaq qəbul edirik. "Hilton Bodrum"a maraq böyük olduğundan turistlər xeyli müddət növbə gözlədikdən sonra burada istirahətlərini keçirə biliblər" , - "İSR" Şirkətlər Qrupunun vitse-prezidenti Zafer Tangil deyib.

Amma "İSR" Şirkətlər Qrupu Sizi villalara sahib olmaqla növbəsiz və məhdudiyyətsiz tətil keçirməyə dəvət edir.

"Türkiyə Respublikası Böyük Millət Məclisinin 02 May 2012-ci il tarixli qərarına əsasən, xarici vətəndaşlar, o cümlədən Azərbaycan Respublikası vətəndaşları Türkiyə torpaqları üzərində mülk sahibi ola bilərlər. Bu qərarın qüvvəyə minməsilə, 2013-cü ildə təhvil verilməsi planlaşdırılan villaları xaricilərlə bərabər, Azərbaycan xalqına da təklif etmək qərarına gəldik. Bundan başqa, bu villalara sahib olmaq istəyənlərin ehtiyaclarına görə layihələri hazırlanacaq",- Zafer Tangil bildirib.

Yəqin ki, çoxlarınız Bodrum haqqında eşidmisiniz. Bəs Türkbükü haqqında necə?

Türkbükü eyni adlı körfəzin sahilində yerləşən bir istirahət cənnətidir. Buraya turistləri çəkən onun tər-təmiz dənizi, bol qumu və iqlimidir. Türkbükü gecə əyləncəsi ilə də məşhurdur. Dəniz üzərində qurulmuş döşəmələrdəki restoranlar dünya və türk mətbəxinin ən dadlı yeməklərini təqdim edirlər. Xüsusilə, buranın təzə və ləziz balıq yeməkləri dillər əzbəridir. Artıq bir neçə ildir ki, Bodrum bölgəsi təkcə yay aylarında deyil, eyni zamanda qış aylarında da yaşamaq üçün üstünlük verilən bir tətil yeri olub.

"İSR" Şirkətlər Qrupu 1995-ci ildə tanınmış iş adamı İsgəndər Xəlilov tərəfindən qurulub. Şirkətin Azərbaycan, İsveçrə, Rusiya və Türkiyədə ofisləri mövcuddur. "İSR" Şirkətlər Qrupu Azərbaycanda sənaye, nəqliyyat, əmlak, avtomobil satışı, ticarət və turizm sahələrində iri layihələrə imza atıb.

"Hilton Baku", "İSR Plaza", "Radisson Plaza Hotel", "Park İnn Hotel Azərbaycan", "Toyota Bakı Mərkəzi" və s. şirkətlər qrupunun adı ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti