...

Bakıda Olimpiya stadionunun tikintisi çərçivəsində çirkab sularının çıxardılmasına başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2012 13:20 (UTC +04:00)
"Ekol" QSC paytaxtın Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun tikintisi çərçivəsində çirkab sularının çıxardılması layihəsinin reallaşdırılmasına başlayıb.
Bakıda Olimpiya stadionunun tikintisi çərçivəsində çirkab sularının çıxardılmasına başlanıb

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir E.İsmayılov/

"Ekol" QSC paytaxtın Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun tikintisi çərçivəsində çirkab sularının çıxardılması layihəsinin reallaşdırılmasına başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü QSC-nin yaydığı məlumatda deyilir.

Aparılan monitorinq nəticəsində 588 min kubmetr çirkab suyu və 251 min kubmetr neft şlamı aşkarlanıb.

İşlərin başlamasından etibarən ərazidən 28 min kubmetr çirkab suyu çıxarılıb. Ərazidən neft şlamının çıxardılması və onun emalı layihənin reallaşdırılmasının ikinci mərhələsində həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti