...

Azərbaycanın sığorta şirkəti üçüncü dəfə ISO beynəlxalq standartı sertifikatını alır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2012 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may / Trend , müxbir A.Axundov/

Beynəlxalq Sığorta Şirkəti üçüncü dəfə ISO beynəlxalq uyğunluq standartı sertifikatını alır. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı məlumatında deyilir.

2012-ci il 21-22 mayda ekspertiza və sertifikatlaşdırma sahəsində dünya liderlərindən biri olan SGS şirkətinin mütəxəssisləri tərəfindən Beynəlxalq Sığorta Şirkətinin ISO 9001: 2008 beynəlxalq standartına uyğunluğunun təsdiqlənməsi üçün növbəti audit keçirilmişdir.

Audit, müştərilərin Beynəlxalq Sığorta Şirkəti tərəfindən təqdim olunan məhsulları və xidmətlərindən məmnunluq səviyyəsinin artırılması məqsədi ilə, Şirkətdə keyfiyyətin idarəetmə sisteminin standartın bütün tələblərinə uyğunluğunun yoxlanılması üçün keçirilmişdir. Audit zamanı keyfiyyət menecmenti sisteminin planlaşdırılmasının və tətbiqinin səmərəliliyi və Şirkətin siyasətində əks olunmuş məqsədlərə nail olunmasında effektivliyi yoxlanılmışdır. Müvəffəqiyyətlə yekunlaşan yoxlama zamanı, keyfiyyət menecmenti sisteminin inkişafında Şirkət əməkdaşlarının yüksək peşəkarlığının rolu qeyd olunmuşdur.

Şirkətin layiq görüldüyü hazırkı ISO 9001: 2008 beynəlxalq standartına uyğunluq sertifikatı sayca üçüncüdür. Əvvəlki sertifikatlar Şirkətə 2006-cı və 2009-cu illərdə verilmişdir və 2006-cı ildən etibarən hər il SGS şirkətinin mütəxəssisləri tərəfindən Beynəlxalq Sığorta Şirkətində nəzarət auditi keçirlir.

Hazırda keyfiyyət və işgüzar etika sahəsində dünya etalonu kimi tanınan SGS şirkətinin əsası 1878-ci ildə qoyulmuşdur. Baş ofisi Cenevrədə yerləşən şirkətin 1350 regional ofis və laboratoriyadan ibarət şəbəkəsində 70 000-dən artıq mütəxəssis çalışır.

Qeyd etmək lazımdır ki, Beynəlxalq Sığorta Şirkəti Azərbaycanın sığorta bazarının böyük sığorta şirkətlərindən biridir. Şirkət Azərbaycan Beynəlxalq Bankı tərəfindən 2002-ci ildə təsis edilmişdir və hazırda müştərilərinə 34 növ sığorta xidməti göstərir.

Xəbər lenti

Xəbər lenti