...

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rüsumları onlayn rejimdə qəbul edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2012 17:57 (UTC +04:00)
Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rüsumları və digər ödənişləri onlayn rejimdə qəbul edəcək.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rüsumları onlayn rejimdə qəbul edəcək

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi rüsumları və digər ödənişləri onlayn rejimdə qəbul edəcək.

Trend-in məlumatına görə, bu barədə cümə günü komitənin rəhbəri Qərib Məmmədovun rəsmi mətbuatda dərc edilən müsahibəsində deyilir.

"Komitə rüsum və digər ödənişlərin elektron formada real vaxt rejimində təmin edilməsi üçün billinq sisteminin layihələndirilməsinə başlayıb", - Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda müvafiq ödəniş sistemlərinə inteqrasiya tamamlanır, habelə elektron xidmətlərdən istifadə zamanı şəxsi məlumatların təhlükəsizliyini təmin etmək üçün addımlar atılır.

"Komitə artıq vətəndaşların müraciətlərini və zəruri sənədləri elektron formada qəbul edir, nəzərdən keçirir və onlara cavab verir. Bundan başqa, bir sıra yeni elektron xidmətlərin tətbiqi üçün hazırlıq işləri aparılır", - Məmmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti