...

Azərbaycan güclü kreditor mövqeyinə malikdir – Moody’s

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2012 12:51 (UTC +04:00)
Azərbaycanın xalis kreditor mövqeyi çox güclüdür. Bu barədə Moody's beynəlxalq reytinq agentliyinin dünən dərc olunmuş Azərbaycan üzrə illik hesabatında deyilir.
Azərbaycan güclü kreditor mövqeyinə malikdir – Moody’s

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir A.Axundov/

Azərbaycanın xalis kreditor mövqeyi çox güclüdür. Bu barədə Moody's beynəlxalq reytinq agentliyinin dünən dərc olunmuş Azərbaycan üzrə illik hesabatında deyilir.

"Ölkənin 90 faizdən çox birbaşa dövlət borcu ən yaxın beş il ərzində ödəmə müddəti ilə borc olmadan ən azı 10 il müddət üçün hesablanıb. Bundan başqa, 2011-ci ilin sonu üçün 40 milyard dollar həcmində xarici aktivlər və 4,8 milyard dollarlıq xarici borc Azərbaycanın xalis kreditor mövqeyini güclü edir", - hesabatda deyilir.

Agentlik Azərbaycan hökumətinin maliyyə davamlılığının çox aşağı borc yükü və 1,1 faiz səviyyəsində çox sərfəli faiz dərəcəsi ilə xarakterizə olunan xarici aktivlərin əhəmiyyətli ehtiyatları və hökumətin güclü balansı sayəsində yüksək səviyyədə olduğunu qeyd edir.

"Azərbaycan, həmçinin əlverişli borc strukturuna malikdir", - hesabatda deyilir.

Hesabatda qeyd olunur ki, Azərbaycanın dövlət istiqrazlarının Baa3 səviyyəsində reytinqi xeyli dərəcədə ölkə hökumətinin son illərdə neft gəlirlərinin bumu ilə şərtlənən yüksək maliyyə güclərinə əsaslanır.

"Adambaşı ÜDM-in sürətlə artmasına baxmayaraq, iqtisadi artım neft sektorundakı dəyişikliklərlə bağlı zəif olaraq qalır", - hesabatda deyilir.

Agentliyin ekspertləri hesab edirlər ki, Azərbaycanın iqtisadi və maliyyə hadisələri risklərinə həssaslığı çox aşağıdır. Moody`s hesab edir ki, hökumətin əhəmiyyətli maliyyə vəsaitləri və güclü balans neftin ardıcıl olaraq aşağı düşən qiymətlərinə qarşı əhəmiyyətli bufer yaradır. Bundan başqa, bank sisteminin (ÜDM-in təxminən 34 faizi) kiçik ölçüsü ilə əlaqədar şərti öhdəliklərin nisbi yoxluğu, həmçinin dünya maliyyə bazarlarına məhdudlaşdırılmış inteqrasiya hökumətin suveren reytinqlərinə neqativ təsirə malik olan maliyyə sarsıntılarının riskini məhdudlaşdırır", - hesabatda deyilir.

Xəbər lenti

Xəbər lenti