...

Valeh Ələsgərov: Azərbaycanda kənd təsərrüfatının kreditləşdirilməsi üzrə zəmanət fondunu yaratmağın vaxtı çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2012 17:44 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatının kreditləşdirilməsi üzrə zəmanət fondunun yaradılmasının vaxtı çatıb. Trend-in məlumatın görə, Milli Məclisin sədr müavini Valeh Ələsgərov belə hesab edir.
Valeh Ələsgərov: Azərbaycanda kənd təsərrüfatının kreditləşdirilməsi üzrə zəmanət fondunu yaratmağın vaxtı çatıb

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir A.Axundov/

Azərbaycanda kənd təsərrüfatının kreditləşdirilməsi üzrə zəmanət fondunun yaradılmasının vaxtı çatıb. Trend-in məlumatın görə, Milli Məclisin sədr müavini Valeh Ələsgərov belə hesab edir.

"Bu gün qeyri-neft sektorundan vergi daxilolmaları artıb və proqnoz göstəricilərini ötüb. Bu, Azərbaycanda sahibkarlığın inkişaf edərək artmasından xəbər verir və burada onun kreditləşdirilməsi böyük rol oynayır", - Ələsgərov "2012-ci ilin dövləv büdcəsinə əlavə və dəyişikliklər haqqında" qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, lakin ölkədə kənd təsərrüfatının kreditləşdirilmə həcmləri onun ölkə iqtisadiyyatında tutduğu yerə uyğun gəlmir.

"Bu sahədə çalışan sahibkarlara az kredit verilir, çünki girov təminatı ilə bağlı problemlər mövcuddur. Həmin problemlərin həll edilməsi üçün xüsusi zəmanət fondunun yaradılması vacibdir", - Ələsgərov qeyd edib.

O bildirib ki, bu, aqrar sektorun inkişafına və bu sahədəki böyük potensialın reallaşdırılmasına yardım edir.

Xəbər lenti

Xəbər lenti