...

Bakıda sudan istifadəyə görə ödənişlərə nəzarət yeni üsullarla aparılır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2012 16:28 (UTC +04:00)
"Azərsu" ASC abonent bazasının təkmilləşdirilməsi, istehlakçılara göstərilən xidmətin keyfiyyətinin artırılması, yaranmış borcların dəqiq uçotunun aparılması məqsədilə kompleks tədbirləri davam etdirir.
Bakıda sudan istifadəyə görə ödənişlərə nəzarət yeni üsullarla aparılır (FOTO)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

"Azərsu" ASC abonent bazasının təkmilləşdirilməsi, istehlakçılara göstərilən xidmətin keyfiyyətinin artırılması, yaranmış borcların dəqiq uçotunun aparılması məqsədilə kompleks tədbirləri davam etdirir. Bu məqsədlə qabaqcıl xarici təcrübə öyrənilir, yeni texnologiyalar tətbiq edilir. İyun ayından Bakının Nərimanov rayonunda yeni pilot layihənin icrasına başlanıb.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Türkiyənin İstanbul Sukanal İdarəsinin əməkdaşları ilə birgə həyata keçirilən layihəyə əsasən sayğacların oxunması, bildirişlərin, hesab-fakturaların verilməsi, ödənişlərə nəzarət yeni üsullarla aparılır. Bu məqsədlə pilot layihənin həyata keçirildiyi rayon kvartallara bölünür və nəzarət tədbirlərini həyata keçirmək məqsədilə qruplar yaradılır.

Sayğacların yoxlanılması, bildiriş və hesab-fakturaların çatdırılması yalnız bir nəzarətçi tərəfindən deyil, həmin qruplar tərəfindən həyata keçiriləcək. Bu isə nəzarət tədbirlərinin gücləndirilməsinə və bu sahədə şəffaflığın artırılmasına səbəb olacaq.

Pilot layihənin icrası ilə əlaqədar "Azərsu" ASC-nin Kommersiya departamentinin əməkdaşları İstanbul Sukanal İdarəsinin mütəxəssisləri ilə birgə pilot layihənin həyata keçirildiyi rayonda maarifləndirmə işləri aparır. "Bakı Sukanal" İdarəsinin Nərimanov Sukanal departamentinin əməkdaşları yeni sistemin üstünlükləri barədə ətraflı məlumatlandırılıb və pilot layihənin subyektiv halların aradan qaldırılması, eləcə də ödəniş səviyyəsinin yüksəldilməsi məqsədilə həyata keçirildiyi diqqətə çatdırılıb.

Pilot layihə uğurla icra olunarsa, yeni sistem gələcəkdə digər rayonlarda da tətbiq ediləcək.

Xəbər lenti

Xəbər lenti