...

Almaniya Azərbaycanda layihələrin maliyyələşdirilməsində maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2012 13:43 (UTC +04:00)
Almaniya və Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 2,3 milyard avroya çatıb.
Almaniya Azərbaycanda layihələrin maliyyələşdirilməsində maraqlıdır

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Ə.Həsənov/

Almaniya və Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 2,3 milyard avroya çatıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Alman İqtisadiyyatının Şərq Komitəsinin icraçı direktoru Reyner Lindner Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunda bildirib.

"Ölkələr arasında əmtəə dövriyyəsi il ərzində 14 faiz artıb", - Lindner deyib.

Onun sözlərinə görə, Almaniya şirkətləri Azərbaycanda müxtəlif layihələrin, xüsusən, pambıq istehsalı, tikinti və yoların bərpa edilməsi sahələrindəki layihələrin maliyyələşdirilməsində maraqlıdır, habelə kənd təsərrüfatı avadanlıqlarını tədarük etməyə hazırdırlar.

Biznes forumda bank, səhiyyə, turizm, neft kimyası, enerji, maşınqayırma və s. sahələrdə fəaliyyət göstərən təqribən 50 sahibkar iştirak edib.

Biznes forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birgə təşkil edilib.

Xəbər lenti

Xəbər lenti