...

Xırdalanda yarımfabrikat məhsul istehsalçısına maliyyə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2012 18:14 (UTC +04:00)
Xırdalanda yarımfabrikat məhsulların istehsalçısına maliyyə sanksiyası tətbiq edilib.
Xırdalanda yarımfabrikat məhsul istehsalçısına maliyyə sanksiyası tətbiq edilib

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Xırdalanda yarımfabrikat məhsulların istehsalçısına maliyyə sanksiyası tətbiq edilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 41 ünvanında Ratan Əfəndiyevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı ətli və xəmirli yarımfabrikat məhsullarının uyğunluq sertifikatı və müvafiq reseptura olmadan istehsal edilməsi, yarımfabrikat məhsullarının saxlama müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması, istehsal edilən yarımfabrikat məhsullarının insan orqanizmi üçün təhlükəli olması səbəbindən bu təsərrüfat subyekti barəsində nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə Ratan Əfəndiyevə 2,6 min manat maliyyə sanksiyası tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti