Türkiyədə hər kəsin böyük diqqətinə səbəb olan tenderlərin qalibləri müəyyənləşdi. Azərbaycanda böyük layihələrə imza atan "DİA Holding" Ankara Bilkent Sağlamlıq Kompleksi Tikinti işləri Məhsul və Xidmətlərin Təmin Edilməsi layihəsi üzrə elan olunmuş tenderin qalibi oldu.
Sağlamlıq Kompleksi Tikinti işləri Məhsul və Xidmətlərin Təmin Edilməsi layihəsi üzrə elan olunmuş tenderin 28,5 il müddəti ilə qalibi oldu.
Ümumi tutumu 3 min 662 yataq olacaq sağlamlıq kompleksində, 1 milyon 200 min kvadrat metr tikinti sahəsində inşa ediləcək. Tərkibində ümumi xəstəxana, doğum evi, uşaq xəstəxanası, ürək-damar xəstəlikləri xəstəxanası, ortopediya və nevroloji elmlər xəstəxanası, yüksək mühafizəli məhkəmə psixiatriya xəstəxanası ilə fiziki müalicə və reabilitasiya xəstəxanası olacaq. Kompleksin inşa müddəti 3.5 ildir.
DİA Holding-in Azərbaycan Respublikasında inşa etdiyi və dünya memarlıq tarixinə daxil olan Heydər Əliyev Mərkəzi və Alov Qüllələri layihələrindən sonra artıq digər ətraf bölgə ölkələrində də fəaliyyət göstərir. Türkiyədəki layihələrlə ilk addım atılmış və davamının yaxın bölgə ölkələrində gözlənildiyi bildirilir.
"DİA Holding"ə daha bir möhtəşəm layihə etibar olundu
İstanbulda şəhərin simvolu sayılacaq növbəti boğaz körpüsü "DİA Holdinq" ortaq şirkəti "IC İçtaş" imzasıyla həyata vəsiqə qazanacaq.
"DİA Holding"in törəmə şirkəti "İÇTAŞ İnşaat Sənaye Ticarət A.Ş." İstanbul 3-cü Körpü layihəsini 10 il 2 ay müddətlə (İş müddəti ) qazandı.
İstanbul Boğazına inşa ediləcək 3-cü körpünün tikintisini ehtiva edən "Şimali Mərmərə Şosesi Layihəsinin Odayeri-Paşaköy (3-cü Boğaz Körpüsü daxil) Sahəsinin layihəsini təklif edən iş ortaqlıqlarının təklifləri açıqlandı.
Şose layihəsi ümumi uzunluğu 1875 metrlik asma körpü, 60 metr uzunluğundakı körpü yolu və ümumi uzunluğu 21 kilometr olan tunelləri əhatə edir.
Yol üzərində, bağlantı yolları üzərindəkilər də daxil 45 qovşaq mövcuddur.
Ümumi uzunluğu 1875 metr olan və Garipçe və Poyrazköyyeri arasına inşa ediləcək körpünün ayaqlar arası məsafəsi isə 1275 metr olacaq.
Təkliflərin açıqlanmasından sonra təşkil olunan mətbuat konfransında, inşaat müddəti daxil 10 il 2 ay 20 gün ilə ən yaxın rəqibindən 4.5 il qısa iş müddəti təklif edən "DİA Holding" törəmə şirkəti "İçtaş İnşaat Sanayi Ticaret AŞ"- "Astaldi" Ortak Girişim Grupu-nun verdiyi müəyyənləşdirildi.
3-cü körpü üçün nəzərdə tutulan sərmayə həcminin 2,5 milyard dollar olduğu açıqlanan layihənin, 3 il içində tamamlanacağı bildirildi.
"DİA Holding" törəmə şirkəti İçtaş İnşaat Sanayi Ticaret AŞ- Türkiyə və Dünya inşaat sektorunun qabaqcıl quruluşlarındandır. Rusiyada Sank-Peterburq Hava limanı və Western High Speed DİAmeter Layihəsi daxilində yer alan yol və körpü inşaatı işlərinin inşasına başlanmışdır. Bununla yanaşı turizm və otelçilik, enerji, hava və dəniz limanı müəssisəsi və sənayedə də fəaliyyət göstərməkdədir.
Dünyanın ən yaxşı körpülərindən olacaq IC Holding İdarə Heyətinin sədri İbrahim Çeçen layihənin maliyyəsinin qısa müddətdə həll edəcəklərini müəyyənləşdirərək "Maliyyələşdirmə təminatı mövzusunda Türkiyənin kredit etimadının yüksək olmasını və iqtisadiyyatdakı müsbət tempi nəzərə alaraq maliyyə əldə etməkdə çətinlik çəkməyəcəyimizə inanırıq. Maliyyə məsələsi həll edilmədən biz öz imkanlarımızla işə başlayacağıq" dedi. İnşaata ilin sonunda başlayacaqlarını bildirən İbrahim Çeçen, inşaat işlərini daha qısa müddətə bitirmələrinin öz lehlərinə olduğunu söylədi.
İbrahim Çeçen "Bizim layihəmiz bu əsrdə texnoloji-mühəndislik və estetik baxımdan dünyanın ən yaxşı körpülərindən biri olacaq" dedi.