...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2012 12:22 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir A.Axundov/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib. Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78565 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

18 iyun

0,7858

25 iyun

0,7857

19 iyun

0,7858

26 iyun

-

20 iyun

0,7857

27 iyun

0,7857

21 iyun

0,7857

28 iyun

0,7856

22 iyun

0,7857

29 iyun

0,7856

Həftə ərzində orta

0,78574

Həftə ərzində orta

0,78565

Həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməyib. Ötən həftə üzrə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7850 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): iyunun 27-də 0,7850 AZN/USD məzənnə ilə $0,4 mln.; iyunun 29-da 0,7850 AZN/USD məzənnə ilə $0,475 mln.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

18 iyun

0,7851

25 iyun

0,7850

19 iyun

0,7851

26 iyun

-

20 iyun

0,7851

27 iyun

0,7850

21 iyun

0,7850

28 iyun

0,7850

22 iyun

0,7850

29 iyun

0,7850

Həftə ərzində orta

0,78506

Həftə ərzində orta

0,7850

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti