Azərbaycan, Bakı, 2 iyul /Trend/
2 iyul - Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı - Polis Günü münasibəti ilə yeni kampaniyaya start verilir. Belə ki, daim müştərilərin maraq və istəklərini diqqət mərkəzində saxlayan və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına töhvə verən "NBC Bank" 01 iyul - 31 avqust tarixlərində daxili işlər orqanları əməkdaşları üçün kredit faizləri və bank xərcləri üzrə güzəştlər tətbiq edəcəkdir.
Kampaniya müddətində kredit götürənlərə bank tərəfindən bütün kredit məhsulları üzrə illik faizlərdə 3%, bank xərclərində isə 50% güzəşt tədbiq olunacaqdır.
Bununla yanaşı kreditlər arayışsız olmaqla, xidməti vəsiqə əsasında veriləcəkdir.
Biz polis işçilərini kampaniyadan faydalanmağa çağırırıq. Bunun üçün Sizi Bakıda yerləşən 6 və regionlarda yerləşən 4 filiallarımıza müraciət etməyə dəvət edirik.
NBC Bank bundan sonra da, Azərbaycanda müxtəlif peşə sahibləri üçün xüsusi kampaniyalar keçirməklə, əhaliyə sərfəli kredit şərtlərini təqdim edəcəkdir.