...

«Azərikimya»da ARDNŞ-nin «Yay təcrübəsi» proqramı çərçivəsində kimya müəssisələrində istehsalat təcrübəsi keçən tələbələrlə görüş olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2012 20:28 (UTC +04:00)
«Azərikimya»da ARDNŞ-nin «Yay təcrübəsi» proqramı çərçivəsində kimya müəssisələrində istehsalat təcrübəsi keçən tələbələrlə görüş olub
«Azərikimya»da ARDNŞ-nin «Yay təcrübəsi» proqramı çərçivəsində kimya müəssisələrində istehsalat təcrübəsi keçən tələbələrlə görüş olub (FOTO)

Azərbaycan, Bakı, 18 iyul /Trend/

ARDNŞ-in "Yay təcrübəsi" proqramına start verildikdən sonra respublikanın bir sıra nüfuzlu ali təhsil ocaqlarının - Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad və "Qafqaz" Universitetlərinin, Sumqayıt Dövlət Univer­sitetinin "Azərikimya" İstehsalat Bir­li­­yi­nin müəssisələrində istehsalat təcrübəsinə başlamış bir qrup tələbəsi ilə Birlik rəhbərliyinin təqdimat xarakterli görüşü olmuşdur.

"Azərikimya"nın konfrans zalında keçirilən görüşdə Birliyin Müşahidə Şurasının səd­ri, Milli Məclisin deputatı Muxtar Babayev gələcəyin kimyaçılarını salamlayıb, kamil mütə­xəs­sislər kimi yetişmələrini arzulayaraq, onlara Azərbaycanın strateji əhəmiyyətə malik olan neft-kimya sənayesinin texnoloji bazasının möhkəmləndirilməsi, onun perspektiv inki­şa­fı naminə Ulu öndər Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyətindən, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Sumqayıtda ən yeni texnologiyalar əsasında yara­dılmış Texnologiyalar parkının, Qaradağda yaradılmaqda olan neft-kimya komplek­si­nin, Karbamid zavodunun, geniş bir sahəni əhatə edəcək Sumqayıt Kimya Texnolo­giyaları parkının gələcək perspektivlərindən söhbət açmışdır.

Görüş zamanı tələbələrə videosüjetlər vasitəsilə Sumqayıtda ilk kimya müəssisəsinin yaradılmasından başlayaraq ölkənin neft-kimya sənayesinin bugünümüzədək keçdiyi ge­niş inkişaf yolu, "Azərikimya"nın müəssisələri və istehsal olunan müxtəlif kimya məh­sulları, onların ixrac coğrafiyası və s. barədə geniş məlumat verilmişdir.

Neft-kimya sənayesinin mühəndislik ixtisasları üzrə - kimya texnologiyası, sənayenin təşkili və idarə edilməsi, üzvi kimya bölməsi, ekologiya mühəndisliyi, mühasibat uçotu və audit, elektrik təchizatı və s. üzrə ali təhsil alan tələbələr iki ay ərzində Birliyin Etilen-polietilen zavodunun müxtəlif isteh­salat­larında, həmçinin Nəqliy­yat və xüsusi texnika İdarəsində kimya sənayesi ilə bağlı təcrübi biliklərini artıracaq, seçdikləri ixtisasların tət­biq olunduğu sahələr üzrə ilkin adaptasiya keçəcək, nəzəri biliklərini təcrübədə daha da zənginləşdirəcəklər. Bu isə gələcəkdə ixtisaslı kadrlar kimi əmək fəaliyyətinə başlayarkən onlar üçün mühüm əhəmiyyət kəsb edəcəkdir.

Təcrübə keçdikləri müddət ərzində bağlanmış əmək müqaviləsinə əsasən mütə­xəssis kimi işə qəbul olan hər bir tələbəyə müvafiq əmək haqqı ödəniləcək və onlar həmin müd­­dət ərzində ARDNŞ-in digər əməkçiləri kimi müvafiq hüquqlardan istifadə edə bilə­cəklər. Gələcək kimyaçıların iş geyimi və yeməklə təminatı və s. də "Azərikimya" tərə­findən ödəniləcəkdir.

Xəbər lenti

Xəbər lenti