...

Bu il Azərbaycanda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması üçün 80 standart qəbul edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2012 11:56 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilin birinci yarısında 98 standartı təsdiqləyib və dövlət qeydiyaytına alıbBu barədə Komitənin cümə axşamı yaydığı məlumatda deyilir.
Bu il Azərbaycanda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması üçün 80 standart qəbul edilib

Azərbaycan, Bakı, 19 iyul / Trend, müxbir A.Axundov /

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilin birinci yarısında 98 standartı təsdiqləyib və dövlət qeydiyaytına alıb. Trend-in məlumatına görə, bu barədə Komitənin cümə axşamı yaydığı məlumatda deyilir.

Hesabat dövründə BMT-nin Avropa İqtisadi Komissiyasının qaydaları əsasında standart layihələri hazırlanmış və sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində 80 standart dövlət qeydiyyatına alınıb.

Hesabat dövrü ərzində Azərbaycan Standartları İnstitutunun 2012-2014-cü illər üzrə tədbirlər planı müzakirə edilmiş və müvafiq əlavələr edilməklə təsdiqlənmişdir. Həmçinin İnstitut tərəfindən dövlət qeydiyyatına alınması üçün təqdim edilmiş süfrə şərabları və xüsusi şərablar, çörək bulka məmulatları, ət məhsulları üzrə 21 standart layihəsinin ekspertizası aparılmış və rəy və təkliflər instituta təqdim edilmişdir. Hazırda "Ekologiya" (TK-09) üzrə Texniki Komitə tərəfindən təqdim edilmiş 24 standart layihəsinin ekspertizası aparılır və müvafiq rəylər Texniki Komitəyə təqdim olunacaqdır.

İlin birinci yarısında daxil olmuş iddia sənədlərinin ekspertizasının nəticələri əsasında 508 ədəd əmtəə nişanına dair şəhadətnamə, 57 ədəd ixtira, 10 ədəd sənaye nümunəsi, 6 ədəd faydalı modelə dair patent qeydiyyata alınaraq sahiblərinə verilib.

Xəbər lenti

Xəbər lenti