...

Agent banklar “Royal Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün qruplar yaradır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2012 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir A.Axundov/

Üç Agent bank - "Muğanbank" ASC, "Bank Respublika" ASC, "AGBank" "Royal Bank" ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsi üzrə işlərin səmərəli təşkili üçün daxili işçi qruplar yaradırlar. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) bazar ertəsi yaydığı xəbərdə deyilir.

Belə bir qərar ADİF-in "Muğanbank" ASC, "Bank Respublika" ASC, "AGBank" ASC-nin İdarə heyətlərinin üzvləri və İT Departamentinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə qəbul edilib.

Görüşdə sığorta hadisəsi baş vermiş "Royal Bank" ASC-nin qorunan əmanətçiləri qarşısında öhdəliklərinin reyestrinin Agent bankların informasiya sistemlərinə köçürülməsi imkanları və agent bankların kompensasiyanı əmanətçilərə ödəyəcək filialları, kompensasiyanın ödənilməsi ilə bağlı sual doğuran məsələlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti