...

Azərbaycanın bir neçə rayonunda su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2012 16:49 (UTC +04:00)
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə daha bir beynəlxalq layihənin həyata keçirilməsi üzrə hazırlıq işlərinə başlayıb.
Azərbaycanın bir neçə rayonunda su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

Azərbaycan, Bakı, 27 iyul /Trend/

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə daha bir beynəlxalq layihənin həyata keçirilməsi üzrə hazırlıq işlərinə başlayıb.

Trend ASC-nin rəsmi saytına istinadən məlumat verir ki, respublikanın 6 rayonunda - Daşkəsən, Gədəbəy, Qazax, Samux, Astara və Tərtərdə su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması Azərbaycan hökuməti ilə İslam İnkişaf Bankının birgə maliyyələşdirəcəyi "Milli su təchizatı və kanalizasiya xidmətləri proqramına dəstək" layihəsi çərçivəsində həyata keçiriləcək.

"Azərsu" ASC bu layihələrin həyata keçirilməsinə yerli və xarici şirkətləri cəlb etmək məqsədi ilə ilkin hazırlıq işlərinə başlayıb və yaxın vaxtlarda tender proseslərinə start veriləcək.

Layihəyə əsasən, Astara, Daşkəsən, Samux, Gədəbəy, Qazax və Tərtər şəhərlərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq, hər bir rayonda sutəmizləyici qurğular yaradılacaq. İşlər tam başa çatdıqdan sonra bu rayonlarda ümumilikdə 320 min nəfər keyfiyyətli və dayanıqlı içməli su ilə təmin ediləcək.

İşlərin qısa müddətdə icra olunması üçün "Azərsu" ASC kreditin ayrılmasını gözləməyərək İİB-in razılığı ilə Azərbaycan hökumətinin vəsaiti hesabına həmin şəhərlər üzrə layihələndirmə işlərini həyata keçirib.

Xəbər lenti

Xəbər lenti