Azərbaycan, Bakı, 1 avqust /Trend/
Avqustun 1-dən etibarən NBC Bank-ın Əhmədli filialı işə başlayıb. Yeni filial Bakı şəhəri, Məhəmməd Hadi, küçəsi 41-də yerləşir (Əhmədli metrostansiyası yaxınlığında).
Bankdan çərşənbə gün Trend-ə verilən məlumata görə, NBC Bank-ın Əhmədli filialı həm fiziki, həm də korporativ müştərilərə müxtəlif bank xidmət və məhsullarını təqdim edir. Onların arasında depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətləri var.
Hazırda Əhmədli filialı ilə bərabər, bankın Bakı şəhərində 6 (Mərkəz, 1 saylı, Sahil, Yasamal, Səbail, Gənclik) və bölgələrdə 4 filialı (Sumqayıt, Gəncə, Lənkəran, Şəki) fəaliyyət göstərir.
Qeyd edək ki, NBC Bank 1992-ci ildə təsis edilib və ölkədə ilk və aparıcı banklardan biri hesab olunur.
NBC Bank-ın təklif etdiyi bank xidmətləri haqqında daha ətraflı məlumat üçün (012) 932 nömrəsinə zəng etmək olar.