...

Azərbaycanın daha bir bankı kapitala minimum tələbin artırılmasına reaksiya verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2012 15:37 (UTC +04:00)
"NBC Bank" ASC Azərbaycan Mərkəzi Bankının (ABB) bu yaxınlarda bankların məcmu kapitalına minumum tələbin beş dəfə artırılması haqqında qərarına reaksiya verib.
Azərbaycanın daha bir bankı kapitala minimum tələbin artırılmasına reaksiya verib

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir A.Axundov/

"NBC Bank" ASC Azərbaycan Mərkəzi Bankının (ABB) bu yaxınlarda bankların məcmu kapitalına minumum tələbin beş dəfə artırılması haqqında qərarına reaksiya verib.

Ötən həftə keçirilən "NBC Bank" ASC-nin səhmdarlarının ümumi yığıncağı zamanı bankın məcmu kapitalının növbəti ilin sonuna qədər 50 milyon manata çatdırılması qərara alınıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı bankın yaydığı məlumatda deyilir.

Bir müddət əvvəl "Amrahbank" ASC də analoji planını açıqlamışdı.

Cari ilin iyul ayına olan məlumata əsasən, bankın məcmu kapitalı 20 milyon, aktivləri isə 79 milyon manat təşkil edir.

Azərbaycan Mərkəzi Bankının idarə heyətinin 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalı, habelə yenidən yaradılan bankların nizamnamə kapitalının minimum həcmi 10 milyondan 50 milyon manatadək artırılıb. Fəaliyyətdə olan banklar üçün bu qərar 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

"NBC Bank" 1992-ci ildə "Ruzu" səhmdar kommersiya bankı kimi Azərbaycan Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçib. 17 yanvar 2002-ci ildən adında dəyişiklik edilərək "NBC Bank" ASC adı ilə bank sektorunda fəaliyyətini davam etdirir.

Xəbər lenti

Xəbər lenti