...

İsmət Abasov: Azərbaycan 2012-ci ildə kənd təsərrüfatı üçün subsidiyaları artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2012 18:27 (UTC +04:00)
Azərbaycan 2012-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün mühərrik yağı və yanacağın alınması məqsədilə subsidiyaların ümumi həcmini 3,964 milyon manat artıracaq.
İsmət Abasov: Azərbaycan 2012-ci ildə kənd təsərrüfatı üçün subsidiyaları artıracaq

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir A.Axundov/

Azərbaycan 2012-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün mühərrik yağı və yanacağın alınması məqsədilə subsidiyaların ümumi həcmini 3,964 milyon manat artıracaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov mətbuat konfransında bildirib.

"2012-ci ildə çoxillik bitkiləri yetişdirmək və 1,418 milyon hektar əkin sahəsini becərmək üçün mühərrik yağı və yanacağın alınması məqsədilə Azərbaycanın kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsi hesabına 56,441 milyon manat yardım ediləcək ki, bu da analoji dövrün göstəricisini 3,964 milyon manat üstələyir. Bu qərar bu gün müvafiq dövlət komissiyasının iclasında qəbul edilib", - Abasov deyib.

Onun sözlərinə görə, yaxın günlərdə Kənd Təsərrüfatı Nazirliyi dövlət büdcəsindən lazımi vəsaitin müvəkkil banka - "Kapital Bank"a ayrılması və həmin vəsaitin kənd təsərrüfatı məhsullarının istehsalçılarına verilməsi üçün Maliyyə Nazirliyinə müraciət edəcək.

"Bundan başqa, 2012-c ildə əhaliyə güzəştli şərtlərlə gübrə satışını təmin etmək üçün dövlət büdcəsindən 2,284 milyon manat ayrılacaq. 2012-ci ildə dövlət 50 faizlik endirimlə 11,9 min ton gübrə satmağı planlaşdırır", - nazir deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı sektorunun subsidiyalaşdırılması öz müsbət nəticələrini verir.

"2012-ci ildə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı 10,4 faiz artıb, nəticədə bu məhsulların qiymətləri ümumilikdə 0,2 faiz azalıb", - Abasov bildirib.

Xəbər lenti

Xəbər lenti