...

"ABB-Moskva"nın Yekaterinburq filialının aktivləri 50 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2012 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə bankı olan "ABB-Moskva"nın Yekaterinburq filialının aktivləri son bir ildə 50,2% artaraq 2012-ci il iyulun 1-nə 1490,5 mln. rubl təşkil edib. Bu barədə Trend-ə Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən məlumat verilib.

Bu ilin I yarımilliyi üzrə filialın balans mənfəəti 98,2% artaraq 51,2 mln. rubla çatıb.

Filialın kredit portfeli 1 268,7 mln. rubl təşkil edib ki, bu da illik müqayisədə 39% çoxdur. Bunun 1214,1 mln. rublu hüquqi şəxs və fərdi sahibkarların, 54.6 mln. rublu fiziki şəxslərin payına düşüb. Filial tərəfindən kiçik və orta sahibkarlığın kreditləşməsi son bir ildə 25% artırılaraq 615 mln. rubla çatdırılıb.

Bu ilin I yarımilliyi ərzində filial fiziki şəxslərin əmanətləri üzrə faiz şəkilində 6 mln. rubl ödəyib.

Qeyd edək ki, Yekaterinburq filialı 2005-ci ilin sentyabrın 1-də açılıb. Filialın bazasında Ural regionunda bankın geniş şəbəkəsinin açılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti