Azərbaycan, Bakı, 28 avqust /Trend/
"Expressbank" müştərilərini 22 sentyabr - 13 oktyabr 2012-ci il tarixləri aralığında Azərbaycanda baş tutacaq futbol həyəcanını birgə yaşamağa dəvət edir.
Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, "Visa" şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində keçirilən kampaniya Expressbank-ın həm "Visa" kart sahibləri, həm də "Facebook" istifadəçiləri üçün təqdim olunacaq.
Kampaniyanın şərtlərinə əsasən, "Visa" kartı vasitəsilə hər 20 manatlıq alış-veriş edən şəxs oyunda iştirak etmək şansı əldə edir. Qalib gələn şəxlər FIFA U-17 qadınlararası futbol çempionatını canlı izləmək şansı əldə edəcək.
Müvəqqəti olaraq dayandırılan kampaniyaya bu gündən yenidən start verilib.
Bankın "Facebook" səhifəsinin istifadəçiləri də bu kampaniyadan yararlana biləcəklər. Səhifəyə 30, 40 və 50 dostunu dəvət edən ilk şəxslər maraqlı qarşılaşmaların ən gənc və istedadlı oyunçularını izləmək şansına yiyələnəcəklər.
Qeyd edək ki, bu, Expressbank-ın müştəriləri üçün keçirdiyi ilk kampaniya deyil. Bundan sonra da müştəriləri bir-birindən maraqlı və faydalı kampaniyalar gözləyir.
Əlavə məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə və ya bankın rəsmi "Facebook" səhifəsinə keçid ala bilərsiniz: http://www.facebook.com/Expressbank