...

"Azərtunelmetrotikinti" tunellərin çəkilməsi üçün ikinci kompleks əldə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2012 15:03 (UTC +04:00)
"Azərtunelmetrotikinti" SC Almaniyanın "Herrenknecht" şirkətinin istehsalı olan tunellərin çəkilməsi üçün ikinci kompleks əldə etmək niyyətindədir.
"Azərtunelmetrotikinti" tunellərin çəkilməsi üçün ikinci kompleks əldə edəcək

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir E.İsmayılov/

"Azərtunelmetrotikinti" SC Almaniyanın "Herrenknecht" şirkətinin istehsalı olan tunellərin çəkilməsi üçün ikinci kompleks əldə etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü SC-nin sədri Şaiq Əfəndiyev mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yeni qurğu dövlət büdcəsi hesabına əldə ediləcək.

"Bakı Metropolitetinin inkişafı çərçivəsində nəzərdə tutulan iş həcminin böyük olması səbəbindən yeni qurğular zəruridir", - Əfəndiyev qeyd edib.

Onun sözlərinə görə, birinci qurğunun alınmasından sonra tunellərin çəkilməsinin sürəti xeyli artıb.

"Əgər daha əvvəl ayda qazaraq irəliləmə orta hesabla 60-65 metr təşkil edirdisə, hazırda bu göstərici 300 metrdir, bəzi aylarda isə 350-370 metrə çatıb", - SC sədri deyib.

Xəbər lenti

Xəbər lenti