...

"DəmirBank" bank seyfləri icarəsi xidmətini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2012 16:44 (UTC +04:00)
DəmirBank-ın Nərimanov filialında pulların, qiymətli əşyaların, sənədlərin və sair əşyaların saxlanılması üçün müştərilərə "Bank seyflərinin icarəsi" xidməti təqdim edilib.
"DəmirBank" bank seyfləri icarəsi xidmətini genişləndirir

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

DəmirBank-ın Nərimanov filialında pulların, qiymətli əşyaların, sənədlərin və sair əşyaların saxlanılması üçün müştərilərə "Bank seyflərinin icarəsi" xidməti təqdim edilib.

Müştərilər qiymətli əşyalarını Nərimanov filialının (Həsənoğlu küç., 13f) bank seyflərində saxlamaqla onların təhlükəsizliyini daha yaxşı təmin edirlər. Çünki oğurluq, qarət, yanğın və bu kimi hallardan qorunmaq üçün bankda texniki avadanlıq və yüksək səviyyədə təhlükəsizlik sistemi mövcuddur.

Bank seyflərinin yerləşdiyi depozitari siqnalizasiya və yanğın əleyhinə sistemlə təchiz olunub. Bank seyfini açmaq üçün yüksək məxfilik tələblərinə cavab verən xüsusi kilidin hər iki açarı müştərinin özündə saxlanılır. Saxlanılan qiymətlilər barədə heç bir məlumatın açıqlanması tələb edilmir.

Bank seyfini icarəyə götürmək üçün müştəri şəxsiyyət vəsiqəsi ilə bankın filialına yaxınlaşır və müqavilə imzalayır. Müqavilənin müddəti ərzində müştəri hər dəfə seyfdən istifadə etmək istədikdə şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Aylıq icarə haqqı seyfin ölçüsündən asılı olaraq 5-20 manat məbləğində dəyişir.

Qeyd edək ki, DəmirBank-ın Nərimanov filialı ilə yanaşı, Əməliyyat İdarəsi (Qarabağ küç., 31) və Sumqayıt filialında da (C.Məmmədquluzadə küç., 7) bank seyfləri mövcuddur.

Ölkənin ilk banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti