...

"Atəşgah" KASKO sığortası üzrə 2,7 milyon manat ödəniş həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2012 14:54 (UTC +04:00)
"Atəşgah" sığorta şirkəti 2012-ci ilin yanvar-avqust ayları ərzində KASKO sığortası üzrə 2,7 mln. manat məbləğində ödəniş həyata keçirib. Bu, keçən ilin analoji dövrü ilə müqayisədə 600 min manat çoxdur.
"Atəşgah" KASKO sığortası üzrə 2,7 milyon manat ödəniş həyata keçirib

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

"Atəşgah" sığorta şirkəti 2012-ci ilin yanvar-avqust ayları ərzində KASKO sığortası üzrə 2,7 mln. manat məbləğində ödəniş həyata keçirib. Bu, keçən ilin analoji dövrü ilə müqayisədə 600 min manat çoxdur.

Şirkətdən cümə axşamı Trend-ə verilən məlumata görə, 2012-ci ilin avqust ayı ərzində "Atəşgah" KASKO üzrə 3 iri sığorta ödənişi həyata keçirib. Belə ki, 44 500 manat məbləğində sığorta ödənişi Giləzi-Xızı yolunda çevrilərək zədələnən "HOWO" markalı avtomobil üçün ödənilib.

Analoji hadisə Xaçmaz rayonu ərazisində "Hyundai County" markalı avtomobillə də baş verib. Ödəniş məbləği 25 min manat təşkil edib.

20 765 manat məbləğində üçüncü ödəniş "Volkswagen Passat CC" markalı avtomobilin "VAZ 21063" markalı avtomobillə toqquşması hadisəsinə görə həyata keçirilib.

Ümumilikdə 2012-ci ilin avqust ayı ərzində şirkət tərəfindən həyata keçirilən KASKO ödənişlərinin ümumi məbləği 447 min manatdan çox təşkil edib.

Xəbər lenti

Xəbər lenti